mobil versiya

Siyavuş Novruzov YAP-dakı iş otağını boşaldıb və... - RƏSMİ AÇIQLAMA



Azərbaycan Milli Elmlər Akdemiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyinə görə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini vəzifəsindən istefa verən Siyavuş Novruzov YAP-ın qərargahını tərk edib.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən YAP-ın Mətbuat katibi Hüseyn Paşayev faktı təsdiqləyib:

“Əgər bir şəxs tutduğu vəzifədən azad edilirsə, onun kabnetini boşaltması normaldır. Bəzi KİV-lər bunu böyük bir hadisəyə çeviriblər. Burada hadisəyə çevirəcək nə var, başa düşə bilmirəm”.
SON XƏBƏR / KARUSEL / SİYASƏT
Tarix: 14-09-2020, 15:27