mobil versiya

Azərbaycanda DƏHŞƏT: ÖLƏNLƏR VAR



Biləsuvar rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

REPORTYOR.AZ "Report"a istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında yeni çəkilmiş Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Biləsuvar şəhər sakini, Ağayev Kamal Mehdi oğlunun idarə etdiyi "Niva" markalı minik avtomobilinin aşması nəticəsində özü və qadın sərnişini hadisə yerində ölüblər. Qadın sərnişinin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu yol təmir edilib istifadəyə verildikdən sonra ölümlə nəticələnən ikinci yol qəzasıdır.


SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 20-09-2020, 10:39