mobil versiya

Bakıda ağır yol qəzası - Yaralılar var




Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

REPORTYOR.AZ-ın Report-a istinadən məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, “Niva” markalı avtomobil “Mercedes” markalı avtomobillə toqquşub. Hadisə zamanı 1-i qadın olmaqla, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar ərazidəki insanların köməkliyi ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıblar. Onlardan biri - “Niva”nın sürücüsü, 1991-ci il təvəllüdlü Qəhrəmanov Şəhriyar İntiqam oğlunun vəziyyəti ağırdır.

Xəstəxanadan yaralılarla bağlı məlumat verməkdən imtina ediblər.

SON XƏBƏR / KARUSEL
Tarix: 2-03-2020, 10:50