mobil versiya

Təhsil Nazirliyindən məktəblərdə dərslərin bərpası ilə bağlı AÇIQLAMA




Təhsil Nazirliyi fevralın 1-dən Azərbaycanda ibtidai siniflər üçün məktəblərdə tədris prosesinin bərpa olunacağı ilə bağlı məlumatlara münasibət bildirib.

REPORTYOR.AZ-a nazirlikdən cavab olaraq qeyd olunub ki, bununla bağlı müvafiq planlaşdırma işləri aparılır.

"Yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək”- nazirlikdən bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə 1 və 4-cü siniflərin növbəli şəkildə, həftədə iki-üç dəfə məktəbə gedəcəyi barədə məlumatlar yayılıb. İddia olunur ki, fevralın 15-dən sonra 5 və 9-cu siniflərin növbəli şəkildə məktəbə qayıdacağı gözlənilir.
SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 19-01-2021, 12:52