Nazir ibtidai siniflər və məktəbəhazırlıq qruplarında tədrisin necə olacağını AÇIQLADI
“15 sentyabrdan etibarən ibtidai siniflər həftədə 2-3 dəfə məktəbə gələcək.”
REPORTYOR.AZ xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.
Nazir bildirib ki, virusun yayılması stabil olarsa, həftədə 3 dəfə, çoxalarsa, həftədə 2 dəfə şagirdlərin dərsə gəlməsi nəzərdə tutulur.
Məktəbəhazırlıq qruplarında tədrisin necə olacağı ilə bağlı da danışan nazir oktyabrın 1-dən həftədə 2 dəfə dərslərin olacağını bildirib:
“Bu proses noyabrın 2-dək davam edəcək. O tarixdən sonrası virusun yayılamasından asılı olacaq”
REPORTYOR.AZ
MANŞET / SON XƏBƏR / GÜNDƏM / ÖLKƏ
Tarix: 27-08-2020, 17:36