mobil versiya

Polad Bülbüloğlu: Cənab prezident yaxşı bilir ki, kim nə işlə məşğuldur - VİDEO



"Son hadisələri Azərbaycanda hamı bilir. Hörmətli prezidentimiz icra başçıları təyin edəndə artıq nöqtəsini qoydu. Sözünü dedi ki, bunu bir kampaniya şəklində aparmayın. Təbii bir prosesdir, yaşlılar nə vaxtsa getməlidir, onların yerinə cavanlar gəlməlidir". 

REPORTYOR.AZ 
xəbər verir ki, bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu REAL TV-nin efirində deyib. 

O, bildirib ki, əgər ona səfir postundan getməsi barədə işarə verilərsə, bunu məmnuniyyətlə edəcək:

"10 milyonluq xalqıq, aşağı-yuxarı 70 nəfər səfir var. Bunları da cənab prezident təyin edir və işdən azad edir. Səmimi demək istəyirəm ki, cənab prezident yaxşı bilir ki, kim nəyə qadirdir, kim nə işlə məşğuldur və kim nə işlər görür.

Biz də əsgərik. Azərbaycan diplomatiyası üçün Rusiyada nə qədər lazımamsa, mən işləyəcəm. Lazım olmayacamsa, bir işarə verəcəklər, mən də çox böyük məmnuniyyətlə öz arxivim və yaradıcılığımla məşğul ola bilərəm.

Amma nə qədər lazımımamsa, bir az təvazökarlıqdan uzaq olsa da deyim ki, belə hiss edirəm ki, bu günə mən orda lazımam, o qədər də işləyəcəm".


KARUSEL / ÖLKƏ / VİDEOXƏBƏR / REDAKTOR SEÇİMİ
Tarix: 11-11-2019, 19:20