mobil versiya

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb


İstirahət günlərində ölkə ərazisində qeydə alınan 96, əvvəlki dövrlərdən bağlı qalan 36 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 91, o cümlədən, borclu şəxs qismində axtarışda olan 62 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edilib ki, narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

KARUSEL / HADİSƏ
Tarix: 11-09-2023, 11:33