mobil versiya

Opera və Balet Teatrının noyabr repertuarı



Azərbaycan Dövlət Opera və Balet Teatrı noyabr ayında maraqlı səhnə əsərləri ilə çıxış edəcək.
Noyabrın 5-də Xalq Artisti Cavanşir Cəfərovun 70 illik yubileyinə həsr olunmuş konsert, noyabrın 10-da “Jizel”, noyabrın 12-də “Leyli və Məcnun” və “Don Kixot” baletləri nümayiş olunacaq.
Bundan başqa, noyabrın 18-də “Sevgi şərbəti”, noyabrın 23-də “Muğam axşamı”, noyabrın 25-də isə Xalq Artisti Əli Əsgərovun xatirəsinə həsr olunmuş konsert proqramı təqdim olunacaq.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 2-11-2023, 11:28