mobil versiya

Bakı metrosunda qatarlar dayandı – Problem yaranıb




Bu gün səhər saatlarında yenə də Bakı metrosunda qatarların fəaliyyətində problemlər yaranıb.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Bildirilib ki, “Həzi Aslanov” - "Dərnəgül" istiqamətinə hərəkət edən qatar 18 dəqiqəyə yaxın gecikib.

Çoxlu sayda sərnişin stansiyalarda qalıb. Qatarın qapıları bir neçə dəfə açılıb-bağlanıb.

Məsələ ilə əlaqədar “Bakı Metropoliteni” QSC ilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, saat 08:30-da “Həzi Aslanov” stansiyasında maşinist qatarda nasazlıq ehtimalı ilə əlavə baxış keçirib. Nəticədə qatarların hərəkətində 4 dəqiqə yubanma olub.



KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 25-11-2019, 10:00