mobil versiya

Bu gün 39 fələstinli azad ediləcək



İsrail-Fələstin arasında əldə edilə atəşkəs razılaşmasına əsasən noyabrın 24-də İsrail həbsxanalarında əsir saxlanılan 39 fələstinli azad edililəcək.
Bu barədə Misirin “Al-Youm As-Sabia” qəzeti rəsmi mənbəyə istinadən məlumat yayıb.
Məqalədə deyilir ki, 13 israilli və 39 fələstinli sabah azad ediləcək. Azadlığa buraxılacaq əsirlərin əksəriyyəti uşaqlardır. Onlar İsrail işğalına müqavimət göstərdiyi üçün əsir alınıb.
Eyni zamanda atəşkəs dövründə Misir Qəzza zolağına göndərdiyi yardımın həcmini iki dəfə artıracaq.(AzPolitika.info)

KARUSEL / DÜNYA
Tarix: 24-11-2023, 08:31