mobil versiya

Sumqayıtda “Kalaşnikov” satmaq istədi




Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı 1985-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş paytaxt sakini Yaqub Dadaşov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ondan şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin, eləcə də “Kalaşnikov” markalı avtomat, patron darağı və 33 ədəd patron aşkar olunaraq götürülüb.
Y.Dadaşov silah-sursatı bir müddət əvvəl əldə etdiyini və satmaq niyyəti ilə özündə saxladığını bildirib, araşdırmalar davam etdirilir.

KARUSEL / CƏMİYYƏT
Tarix: 15-02-2024, 10:48