Azərbaycan üzgüçüləri Çexiyada 17 medal qazanıb

Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, idmançılar 2 qızıl, 8 gümüş və 7 bürünc mükafata sahib çıxıblar.
Ramil Vəlizadə 1 qızıl, 2 gümüş, Süleyman İsmayılzadə 1 qızıl, 2 gümüş, Əbdürrəhman Rüstəmov 2 gümüş, 1 bürünc, Fatimə Alkərəmova 2 gümüş, 1 bürünc, Oqtay Hüseynov 3 bürünc, Səid Həmidov 2 bürünc medal əldə edib.
Turnirdə 5 ölkədən (Çexiya, Azərbaycan, Fransa, Polşa, Sloveniya) 350-yə yaxın idmançı iştirak edib.
KARUSEL / İDMAN
Tarix: 14-04-2025, 12:25