mobil versiya

Emin Əmrullayev: Saat hesabı maaş sistemindən uzaqlaşmalıyıq



"Bəzi kənd məktəblərində bir sıra fənlər - xüsusilə musiqi, təsviri incəsənət fənləri üzrə müəllim çatışmazlığı var".

Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.
“Əslində müəllimlərimiz var, sadəcə kənd məktəblərində dərs saatları o qədər az olur ki, orada çalışmaq müəllimlərə iqtisadi cəhətdən fayda vermir. Ona görə həmin məktəblərə yaxşı müəllim göndərmək bir qədər çətindir”, - nazir bildirib.
Nazir qeyd edib ki, məsələnin mahiyyəti dəyişməlidir: “Yəni saat hesabı maaş sistemindən uzaqlaşmalıyıq. Bizim təklifimizə kiminsə əks təklifi varsa, dinləməyə hazırıq. Bu problemi qısa zamanda həll etmək qeyri-mümkündür. Buna illər lazımdır. Əsas məsələ odur ki, problemin həlli təklifi irəli sürülüb. Zamanla da bu problem həllini tapacaq”. (apa)


KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 14:17