2-ci Liqada oktyabr ayının ən yaxşı qolunun müəllifi mükafatlandırılıb

Azərbaycan 2-ci Liqasında “Ayın qolu” layihəsi çərçivəsində oktyabrın ən yaxşı qolunun müəllifi olan “Xankəndi”nin futbolçusu Sərxan Ağayev mükafatlandırılıb.
Bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.
Mükafatı 9-cu turun “Xankəndi” – “Göygöl” qarşılaşmasından əvvəl PFL-in Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 15:32


























