mobil versiya

Azərbaycanda 1-ci və 2-ci liqalarda da “Ayın qolu” seçiləcək




Azərbaycan Premyer Liqasından sonra 1-ci və 2-ci Liqalarda da “Ayın qolu” seçiləcək.


Bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
İlk qaliblər sentyabrda vurulan qollar əsasında məlum olacaq. PFL tərəfindən hər liqada ayın “TOP-5” qolu müəyyənləşdiriləcək. Ardınca həmin qollar qurumun rəsmi “feysbuk” hesabında paylaşılacaq. İzləyicilər ən çox bəyəndikləri qolu emojilər vasitəsilə seçə biləcəklər. Nəticələr video paylaşıldıqdan 3 gün sonra elan ediləcək.
1-ci Liqada “Ayın qolu”nun müəllifi 500 manat qazanacaq. 2-ci Liqada isə həm “Ayın qolu”nu vuran futbolçu, həm də onun çıxış etdiyi klub 500 manat mükafat əldə edəcək.


KARUSEL / İDMAN
Tarix: 25-09-2024, 12:11