mobil versiya

“Qarabağ”ın müdafiəçisi Premyer Liqada 250-ci oyununu keçirib




“Qarabağ”ın futbolçusu Bədavi Hüseynov Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.
Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı xəbər verir ki, onun yubiley matçı Premyer Liqanın XXI turunda baş tutub.
33 yaşlı müdafiəçi “Səbail”lə səfər qarşılaşmasında meydana çıxıb. Bədavi 250 görüşdə 4 qola imza atıb.
O, Premyer Liqada iki klubun formasını geyinib. “Sumqayıt”da 26 matça çıxan futbolçu “Qarabağ”da 224-cü oyununu keçirib. Hüseynov bütün qollarını Ağdam klubunda vurub.
Qeyd edək ki, Bədavi Hüseynov Azərbaycan çempionatında 2011-2012-ci illər mövsümündə debüt edib. O, 2011-ci il sentyabrın 11-də “Sumqayıt”ın heyətində “Qarabağ”la görüşdə (0:0) debüt edib.

KARUSEL / İDMAN
Tarix: 6-02-2024, 12:07