Ölkənin 1-ci və 2-ci Liqalarında oktyabrın ən yaxşı qolunun müəllifləri mükafatlandırılıb
Azərbaycanın 1-ci və 2-ci Liqalarında oktyabr ayının ən yaxşı qolunun müəllifləri Emil Quluzadə və Tural Qurbatov mükafatlandırılıb.
Reportyor.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Quluzadə 1-ci Liqada “Difai”nin formasını geyinir. Tural Qurbatov isə 2-ci Liqa təmsilçisi “Şahdağ Qusar”ın futbolçusudur.
AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə mükafatları futbolçulara Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.
KARUSEL / İDMAN
Tarix: Bu gün, 13:55