Cənubi Koreya və ABŞ birgə kibertəhlükəsizlik təlimlərinə başlayıb

Cənubi Koreya və ABŞ düşmənlərdən gələn potensial kibertəhlükəsizlik təhdidlərinə qarşı birgə hazırlıq vəziyyətini gücləndirmək üçün bazar ertəsi birgə kibertəhlükəsizlik təliminə başladılar.
Bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, cümə gününə qədər davam edəcək Kiber Alyans təlimləri Merilenddəki təlim mərkəzində keçiriləcək və gələcək kibermüharibələrə daha yaxşı hazırlıq məqsədi daşıyır.
Təlim simulyasiya edilmiş kiberhücum ssenarisi altında potensial kibertəhlükəsizlik təhdidi barədə kəşfiyyat məlumatlarını tez bir zamanda paylaşmağı əhatə edəcək.
Yonhap Xəbər Agentliyinin məlumatına görə, bu, keçən il Cənubi Koreyanın Kiber Əməliyyat Komandanlığında keçirilən ikinci belə təlimdir.
Nazirlik bildirib ki, Seul və Vaşinqton təkcə kiber alyans təlimi deyil, həm də kibertəhdidlər üçün kəşfiyyat məlumatlarını paylaşmaq, çoxmillətli kibertəhlükəsizlik təlimlərində birgə iştirak etmək və daha çox sahədə əməkdaşlığı genişləndirməyə davam edəcəklər.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 11:47


























