mobil versiya

Azərbaycan millisi Belarus yığması ilə yoxlama görüşləri keçirəcək




16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gündən mayın 11-dək təlim-məşq toplanışı keçəcək.

Reportyor.az xəbər verir ki, U-16 Milli Komandaların Təlim Məşq Mərkəzindəki hazırlıq çərçivəsində iki yoxlama görüşündə qüvvəsini sınayacaq.
Millmiz mayın 9-da və 11-də Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Binə stadionunda keçiriləcək hər iki matçın saat 16:00-da başlaması planlaşdırılır.

Millinin təlim-məşq toplanışı üçün heyəti ilə tanış ola bilərsiniz:
1. Bilal Hacıyev – Qarabağ
2. Ülvi Abbaslı – Sumqayıt
3. Kamal Camalzadə – Neftçi
4. Uğur Qurbanlı – Qarabağ
5. Roman Fərzəli – Qarabağ
6. Vaqif Nəbiyev – Qarabağ
7. Arda Əzizli – Qarabağ
8. Mehdi İsmayılov – Qəbələ
9. Tunar Bayramov – Qəbələ
10. Ramil Hacıyev – Zirə
11. Cəfər Balakişiyev – Zirə
12. Ruslan Quliyev – Neftçi
13. Yusif Orucəliyev – EFA
14. Mirzə Məmmədli – Sumqayıt
15. Ömər Kosayev – Sumqayıt
16. Raul Hüseynov – Vətən
17. Furqan Musayev – Beşiktaş (Türkiyə)
18. Şikar Şikar – Neftçi
19. Murad İsmayılov – Qarabağ
20. Cavidan Əlizadə – Qarabağ
21. Tunar Əsgərzadə – Qarabağ
22. Nicat Rəhimli – Qəbələ
Qeyd olunur ki, “Neftçi”nin futbolçuları mayın 7-də – çempionat oyunundan sonra milliyə qoşulacaqlar.

KARUSEL / İDMAN
Tarix: 6-05-2025, 09:28