mobil versiya

Rusiyadan idxal olunan soğan halqası məhsulunda bakteriya aşkarlanıb




Nəzarət tədbirləri çərçivəsində “Mirtorq” MMC-nin Rusiyadan idxal etdiyi "Miratorq-Zapad" müəssisəsinin istehsalı olan 639 kq soğan halqası məhsulundan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində patogen bakteriya (Listeria monocytogenes) aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.

Reportyor.az 


KARUSEL / İQTİSADİYYAT
Tarix: 30-06-2025, 18:12