mobil versiya

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb





Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2025-ci il oktyabrın 1-dək veriləcək.
Qeyd edək ki, əvvəl bu müddət 2025-ci il iyulun 1-dək müəyyən edilib.

Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Dünən, 13:31