“Gəncə” Keniya yığmasının üzvünü heyətinə daxil edib

Qadınlardan ibarət “Gəncə” voleybol klubu heyətini Keniya yığmasının üzvü ilə gücləndirib.
Şeron Çepçumba ilə müqavilə imzalanıb.
Voleybolçu ötən mövsümü Vyetnamın “Hoa chat Durk Giang Lao Cai” komandasında keçirib. O, karyerası ərzində Keniya, Türkiyə və Yunanıstan klublarında forma geyinib.
“Çumba” ləqəbli voleybolçu klublararası Afrika çempionatının, Vyetnam və Keniya Liqalarının qalibi olub.
Keniya millisinin heyətində 2019-cu ildə Afrika Oyunlarında, 2023-cü ildə isə Afrika çempionatında qızıl medal qazanıb. Voleybolçu ardıcıl iki Yay Olimpiya Oyunlarının iştirakçısı olub.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Dünən, 11:58