mobil versiya

Ermənistanda koronavirusa yoluxanların sayı 45 nəfərə çatdı




Ermənistanda daha 17 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib.

“Report” xəbər verir ki, bunu səhiyyə naziri Arsen Torosyan deyib.

Onun sözlərinə görə, hazırda Ermənistanda virusa yoluxanların ümumi sayı 45 nəfərdir.

Qeyd edək ki, Ermənistanda koronavirusa ilk yoluxma halı bu il martın 1-də qeydə alınıb.

KARUSEL / DÜNYA
Tarix: 17-03-2020, 11:20