Cənubi Koreya 2026-cı tədris ili üzrə “Qlobal Koreya” təqaüd proqramını elan edir

Cənubi Koreya Respublikası 2026-cı tədris ili üzrə bakalavriat təhsil səviyyəsi üçün “Qlobal Koreya” təqaüd proqramını elan edir.
Proqrama 25 yaşadək Azərbaycan vətəndaşları müraciət edə bilərlər.
Müraciətlərin qəbulu 15–30 sentyabr 2025-ci il tarixlərində (saat 13:00-dək, Azərbaycan vaxtı) yalnız www.studyinkorea.go.kr saytı vasitəsilə həyata keçiriləcəkdir. Onlayn müraciət tamamlandıqdan sonra namizədlər sənədlərin əslini (online müraciət üçün hazırlanmış) Koreya Respublikasının Azərbaycandakı Səfirliyinə təqdim etməlidirlər.
Təqaüd proqramı bütün təhsil xərclərini, gediş-gəliş avia biletlərini, aylıq təqaüdü və Koreya dili hazırlığını tam şəkildə əhatə edir. Təhsil müddəti bir illik dil hazırlığından sonra bakalavriat üzrə 4–6 il, assosiasiya dərəcəsi üzrə isə 2–3 il təşkil edir.
Proqram barədə ətraflı məlumatı bu linklər vasitəsilə əldə edə bilərsiniz:
https://overseas.mofa.go.kr/az-en/brd/m_8242/view.do?seq=761498
https://www.studyinkorea.go.kr/ko/notice/scholarshipsRead.do
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 10:21