mobil versiya

Baş prokuror AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın gedişatından danışıb



Hazırda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı başlanılan istintaq davam edir.

Bu fikirləri Baş Prokuror Kamran Əliyev mətbuata açıqlamasında deyib.

O, qeyd edib ki, istintaq həm Azərbaycan, həm Rusiya, həm də Qazaxıstanla əməəkdaşlıq edirik.
"Ümid edirik ki, bu işin də istintaqı məntiqi nəticəsini tapacaq."
Xatırladaq ki, 25 dekabr 2024-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə (“AZAL”) məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi Qazaxıstan Respublikası ərazisində Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində iki uçuş heyəti üzvü (kapitan və ikinci pilot), böyük təyyarə bələdçisi və 35 sərnişin həlak olub.
İnsan tələfat və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib və 29 nəfərin həyatını xilas etmək mümkün olub. Qazaxıstan Respublikasında gözlənilən qəza enişi barədə məlumat daxil olduqdan dərhal sonra zəruri qəza-xilasetmə tədbirləri həyata keçirilmiş, sağ qalanlar təxliyə edilərək tibbi yardım göstərilib. (trend) 




KARUSEL / CƏMİYYƏT
Tarix: 1-10-2025, 10:44