mobil versiya

Bakıda Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları ilə bağlı seminar keçirilib



Koreya Respublikasının ölkəmizdəki səfiri Kanq Kımqu Koreya Səfirliyi və ADA Universiteti tərəfindən birgə təşkil olunan “Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları və regional təhlükəsizlik üçün nəticələri” adlı hibrid seminara qatılaraq açılış nitqi ilə çıxış edib.

Bu seminarın əhəmiyyəti ondan ibarətdir ki, Cənubi Qafqazın üç ölkəsindən (Azərbaycan, Ermənistan, Gürcüstan) olan ekspertlər ilk dəfə bir araya gələrək Azərbaycan–Ermənistan sülh prosesinin gedişi barədə fikir mübadiləsi aparıb.



Səfir Kanq açılış nitqində Koreya hökumətinin Koreya yarımadasında sülhün bərqərar olması istiqamətində göstərdiyi səyləri təqdim edib və Qafqaz regionundakı sülh prosesi ilə Koreya yarımadası və Şərqi Asiya bölgəsindəki proseslər arasında mühüm paralellər və öyrənilə biləcək təcrübələr ola biləcəyini vurğulayıb.

Reportyor.az


KARUSEL / CƏMİYYƏT
Tarix: 8-10-2025, 10:49