mobil versiya

Dövlət sərhədini pozmağa cəhd göstərən Mərakeş və Pakistan vətəndaşları saxlanılıb




Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından RusiyaFederasiyası istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən  2 (iki) nəfər Mərakeş Krallığı vətəndaşı – Mohammed Fassih və Ousama Ben Moulay, “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Gürcüstan istiqamətinə 3 (üç) nəfər Pakistan İslam Respublikası vətəndaşı – Ali Syed Farman, Amir Muhammad Shantazgul və Shah Syed Norman həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində saxlanılıb.

Bu barədə DSX məlumat yayıb.

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.




Reportyor.az

KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 11:47