mobil versiya

“Maşın”da onlar yarışacaq – SİYAHI



Ölkənin ən reytinqli  layihəsi olan “Maşın” şou oktyabrın 1-dən  start götürəcək. 17-ci sürətdə də ənənəvi olaraq 18 məşhur yarışacaq.

Reportyor.az xəbər verir ki, iştirakçıların adı gizli saxlanılsa da, musavat.com bəzilərinin kimliyini öyrənib.

Avtomobil qəzası keçirdiyi üçün ötən verilişdə iştirakçı ola bilməyən müğənni Türkan Vəlizadə bu dəfə maşın ətrafında olacaq.



Daha öncə şouya qatılan və ikinci olaraq layihəni tərk edən Elcan Rəsulovun da adı iştirakçılar arasında var. Lakin “Ər-arvad” serialında Elcanın tərəf müqabili olan aparıcı Kəmalə Piriyevə oyuna qatılsa, Elcanın siyahıdan çıxarılacağı bildirilir. 



Yeni klipləri və qalmaqallı açıqlamaları ilə diqqət çəkən müğənni Rəqsanənin qızı Aysun da avtomobil uğrunda yarışacaq. 


KARUSEL / ÖLKƏ / MƏDƏNİYYƏT
Tarix: 19-09-2019, 16:09