mobil versiya

İlham Əliyev Zelenski və Ruhaniyə başsağlığı verdi



Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Həsən Ruhaniyə və Ukrayna Prezidenti Vladimir Zelenskiyə başsağlığı verib.

REPORTYOR.AZ xəbər verir ki, başsağlığı məktubunda aşağıdakılar qeyd edilib:

“Hörmətli cənab Prezident,

Tehran şəhəri yaxınlığında Ukrayna Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

SON XƏBƏR / KARUSEL
Tarix: 8-01-2020, 16:15