mobil versiya

Koronavirusa görə xəstəxanaya yerləşdirilənlərin durumu açıqlandı



Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

REPORTYOR.AZ xəbər verir ki, hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 2 nəfər var.

Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir.

Bildirilib ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar: "Onların xəstə şəxslərlə kontaktı olmayıb. Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılırlar. Həmin tibb müəssisəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar".

SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 10-02-2020, 11:39