mobil versiya

Koronavirus xəstəsi tanımadığı şəxsi yoluxdurmağa çalışdı - VİDEO



Koronavirus xəstəsi olan Tailand sakini tanımadığı şəxsi yoluxdurmaq istəyib.

“Daily Mail” xəbər verir ki, koronavirusa yoluxmuş 56 yaşlı Anan Sahohun kassada maskasını çıxararaq, bilet alan sərnişinin üstünə tüpürməsini əks etdirən görüntülər yayılıb.

Bildirilir ki, Sahoh qatarla Banqkokdan Narathivat qəsəbəsinə gedərkən öskürək və ürəkbulanmadan əziyyət çəkib. Amma hərarəti normal olub. Xya Xin stansiyasında polis ondan səyahəti dayandırmasını və yerli hotellərdən birində qalmasını istəyib.

Lakin Sahoh buna etiraz edib. Gecə nəzarətçi qatarda ayaqyolunun yaxınlığında onun meyitini aşkar edib. Mərhumun koronavirus testi müsbət nəticə verib. Həmin vaqon dezinfeksiya edilib, sərnişinlər isə təxliyyə olunub. Sahohla ünsiyyət quranlar karantinə götürülüb.




SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 3-04-2020, 11:03