mobil versiya

Dini nikahlı həyat yoldaşını dəmir çubuqla döyüb bıçaqla yaraladı - FOTO




Türkiyənin Adana şəhərində 41 yaşlı T.Serkan başqa kişi ilə otelə girdiyini iddia etdiyi Suriya əsilli dini nikahlı həyat yoldaşı 26 yaşlı  B.Saranı otelin içərisində dəmir çubuqla döyərək üzünü bıçaqla yaralayıb.

BAKU.WS xəbər verir ki, hadisə gecə 03:00-da otellərin birində baş verib. T.Serkan bir neçə il əvvəl dini nikahla evləndiyi Suriya əsilli həyat yoldaşı Sara B.-nin bir müddətdir evə gəlməməyindən şübhələnərək onu təqib edib.

Otellərin birinə girən B.Saranın ardınca otelə girən Serkan T. yanında kişi olduğunu iddia etdiyi arvadına hücum edib. Serkan onu dəmir çubuqla vurub, daha sonra isə sifət nahiyəsindən bıçaqlayıb.

Polis tərəfindən saxlanılan və əlləri qan içində olan Serkan T. jurnalistlərə "Bir aylıq uşağım var. Otelə başqası ilə girib" deyib.

Polis hadisə ilə bağlı araşdırmaları davam etdirir.





DÜNYA / HADİSƏ
Tarix: 23-12-2021, 13:40