mobil versiya

Britaniya hökuməti qışda elektrik enerjisinin kəsilməsini istisna etməyib



Lankaster Hersoqluğunun kansleri Nadim Zahavi bildirib ki, Böyük Britaniya sakinləri cari böhran səbəbindən bu qış mümkün elektrik kəsilməsi ilə üzləşə bilərlər.
“Report” xəbər veirr ki, bu barədə “Sky News” məlumat yayıb.
Onun sözlərinə görə, indi elektrik enerjisinin kəsilməsi ilə bağlı ssenari mümkünsüz kimi qiymətləndirilir:
“Bu, çox az ehtimaldır, lakin hər hansı bir ssenariyə hazırlaşmalıyıq. Amma demək istəyirəm ki, bizim ehtiyatlarımız var. Əminəm ki, Milad gələndə və havalar soyuq olanda biz sabit mövqedə olacağıq”.

DÜNYA
Tarix: 10-10-2022, 12:33