mobil versiya

Azərbaycan yığması Avropa çempionatında Macarıstana qalib gəlib


Qadın voleybolçular arasında Avropa çempionatı davam edir. APA-nın məlumatına görə, ilk dəfə 24 komandanın iştirakı ilə keçirilən və tarixdə birinci dəfə 4 ölkədə təşkil olunan yarışda Azərbaycan millisi üçüncü görüşünə çıxıb.
Oyunları Macarıstanda keçirilən C qrupunda qüvvəsini sınayan baş məşqçi Covanni Kapraranın yetirmələri ev sahibləri ilə güclərini yoxlayıblar. Matç voleybolçularımızın darmadağını ilə başa çatıb. 
İlk set rəqibin üstünlüyü ilə start götürsə də, təmsilçimiz oyunda dönüş yarada bilib. Hissəni 4 top öndə bitirən millimiz ardınca təşəbbüsü ələ alıb. İkinci seti 25:15 hesabı ilə aktivinə yazan komandamız üçüncü setdən də üstün ayrılıb - 25:22.
Beləliklə, üçüncü turdan sonra Azərbaycan voleybolçuları üçüncü pilləyə yüksəliblər. Qrupda liderliyi isə Hollandiya davam etdirir. Onlar bu gün Xorvatiyaya da 3:0 hesabı ilə qalib gəliblər. 
Qeyd edək ki, sabah istirahət edəcək millimiz avqustun 28-də Estoniya ilə üz-üzə gələcək. 
NÖlkəOQMSTX
1Hollandiya3309-0225-1669
2Rumıniya3216-5250-2646
3Azərbaycan3216-5246-2355
4Xorvatiya3125-7260-2604
5Macarıstan3124-6227-2193
6Estoniya3032-9217-2810
Avropa çempionatı
C qrupu
26 avqust
22:30. Macarıstan - Azərbaycan - 0:3 (21:25, 15:25, 22:25)
Hakimlər: 
Sinişa Ovuka (Bosniya və Herseqovina), Andrey Kovalçuk (Ukrayna)
Budapeşt. Lasso Pappa adına İdman Arenası






İDMAN
Tarix: 31-07-2019, 07:30