Şəkidə FACİƏ: Arvadı ilə oğlunun zəhərləndiyini görən ata ürək tutmasından öldü
Şəkidə ata dəm qazından zəhərlənən ailə üzvlərini xilas edən zaman ölüb.
REPORTYOR.AZ ATV-yə istinadən xəbər verir ki, hadisə Gülnarə Vahabova küçəsində yerləşən fərdi yaşayış evində baş verib.
Məlumata görə, Zöhrə Hüseynova oğlu 11 yaşlı Kənan Hüseynlini hamam otağında yuyundurarkən hər ikisi dəm qazından zəhərlənib. 47 yaşlı Vüqar Hüseynov arvadı və oğlunu mətbəxə gətirərək onlara ilk yardım edib.
Ancaq oğlunun qıc olduğunu, həyat yoldaşının yıxıldığını görən ata, stress keçirib və qəfil ürək tutmasından vəfat edib.
Zəhərlənən ana və oğul isə xəstəxanaya yerləşdirilib, onların vəziyyətləri kafidir.
KARUSEL / HADİSƏ
Tarix: 9-02-2022, 14:30