mobil versiya

Vətən Müharibəsi Qəhrəmanının atası vəfat etdi




Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Əfqan Abdurahmanovun atası Ağəsəf Abdurahmanov vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Məlumata əsasən, şəhid atası 71 yaşında dünyasını dəyişib.

Xatırladıq ki, Azərbaycan ordusunun polkovnik-leytenantı olan Əfqan Abdurahmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Qəbələ rayonunun Əmirvan kəndində dəfn olunub.

Əfqan Abdurahmanova hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.
KARUSEL / ÖLKƏ
Tarix: 9-02-2022, 20:00