mobil versiya

Snayperlə vurulan şəhid Fərman Yaqublu dəfn edildi - YENİLƏNİB - FOTO




Dünən saat 16:00 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən açılan snayper atəşi nəticəsində Kəlbəcər rayonunda xidmətdə olan gizir Yaqublu Fərman Telman oğlu şəhid olub.

REPORTYOR.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, F.Yaqublu bu gün Beyləqan rayonu Qəhrəmanlı kəndində dəfn edilib.
Şəhid Fərmanın atası Telman Yaqubov da Birinci Qarabağ müharibəsi şəhididir. O, 1994-cü ildə Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. T.Yaqubov Beyləqanın Birinci Şahsevən kəndində dəfn olunub.
Fərman Yaqublu da atası kimi 27 yaşında şəhid olub.

Gizir Yaqublu Vətən müharibəsi iştirakçısı olub. O, Prezident İlham Əliyevin sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

***11:26

Ötən gün Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu sahəsindəki mövqelərimizi atəşə tutması nəticəsində şəhid olan hərbi qulluqçumuz, gizir Yaqublu Fərman Telman oğlunun nəşi ailəsinə təhvil verilib.

REPORTYOR.AZ "Report"a istinadən xəbər verir ki, vida mərasimində şəhidin xidmət etdiyi hərbi hissənin şəxsi heyət üzvləri ilə yanaşı, şəhidin yaxınları, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Şəhidlə vida mərasimi başa çatdıqdan sonra dəfn olunmaq üçün son mənzilə yola salınıb.
Qeyd edək ki, F.Yaqublu 1993-cü ildə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olub. Vətən müharibəsində iştirak etmiş Fərman Yaqublu göstərdiyi qəhrəmanlıqlara görə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdu.
Şəhid Yaqublu Fərman subay idi və ailənin tək oğul övladı olub, 2 bacısı var.
Xatırladaq ki, F.Yaqublunun atası da 1994-cü ildə, Birinci Qarabağ müharibəsində şəhid olub.

SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 24-07-2021, 13:20