Bu gün erməni vandalizminin qurbanı olan Zəhra Quliyevanın ad günüdür
Bu gün erməni vandalizminin qurbanı olan balaca Zəhra Quliyeva ad günüdür.
REPORTYOR.AZ xəbər verir ki, Zəhra Elnur qızı Quliyeva 13 fevral 2016-cı ildə Füzuli rayonunun Alxanlı kəndində dünyaya göz açımışdı.
2017-ci 4 iyul tarixində Füzuli rayonunun Alxanlı kənd sakinləri 2016-cı il təvəllüdlü Zəhra və 1967-ci il təvəllüdlü nənəsi Sahibə Quliyeva Ermənistan silahlı qüvvələrinin minaatan və qumbaraatanlardan atəşi nəticəsində qətlə yetirilmişdi.
Həmin gün Alxanlı kəndinin digər sakinləri kimi 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı və nənəsi 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı da olacaqlardan xəbərsiz idilər.
Axşam saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhali atəşə tutulur. Həmin gün yaşayış evlərinin atəşə tutulması nəticəsində sakinlər arasında ölənlər və yaralananlar olmuşdu.
Düşmən hücumunun qurbanlarından biri də hələ yeni-yeni ayaqları üzərində dayanmağa başlayan 18 aylıq Zəhra Quliyeva olmuşdu.
2 yaşlı körpəyə dəyən həmin qəlpələr nəinki Quliyevlər ailəsinə, eləcə də bütün azərbaycanlıların qəlbinə od saldmışdı.
KARUSEL / ÖLKƏ
Tarix: 13-02-2022, 09:34