Özünü binadan atan məktəbli qızı xilas etməyə çalışan gömrük işçisi əməliyyat olunub
İntihar edən məktəbli qızı xilas etməyə çalışan 37 yaşlı Zahid Niyazov əməliyyat olunub.
REPORTYOR.AZ oxu.az-a istinadən məlumatına görə, o, Dövlət Gömrük Komitəsinin hospitalında çənə əməliyyatı keçirib.
Onun vəziyyəti orta ağır stabildir.
Z.Niyazov Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətinin əməkdaşıdır.
Qeyd edək ki, mayın 3-də paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində 11-ci sinif şagirdi, 2005-ci il təvəllüdlü Xumar Babayeva özünü binadan ataraq intihar edib. Hadisə zamanı aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazov onu xilas etməyə çalışıb. Nəticədə Niyazov ağır xəsarətlər alıb.
KARUSEL / HADİSƏ
Tarix: 7-05-2022, 11:30