DİN özünü binadan atan qızın intihar səbəbini AÇIQLADI
Daxili İşlər Nazirliyi (DİN) Bakıda özünü binadan atan qızla bağlı açıqlama yayıb.
Nazirlikdən REPORTYOR.AZ-a daxil olan məlumatda bildirilir ki, mayın 3-də saat 12 radələrində Bakı şəhər sakini 17 yaşlı Xumar Babayeva Xətai rayonu ərazisindəki hündürmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin ümumi istifadə olunan eyvanından özünü atıb.
"O, eyvanın altında dayanmış, bu zaman onu tutmağa cəhd edən bina sakini 38 yaşlı Zahid Niyazovun üzərinə düşüb. Nəticədə X.Babayeva hadisə yerində ölmüş, Z.Niyazov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.
İlkin araşdırmalarla X.Babayevanın intihar etməsinə səbəb imtahanda zəif nəticə göstərməsi olduğu müəyyən edilib", - DİN-in açıqlamasında deyilir.
KARUSEL / HADİSƏ
Tarix: 4-05-2022, 12:47