Boşalan kəndlər: Ismayıllının ucqar dağ kəndlərində kimlər yaşayır? - VİDEO
Bu unudulmuş kənd İsmayıllı-Lahıc yolundan 5-6 km aralıda yerləşir.
Köhnədaxar kəndinə gedib çıxmaq, burada yaşamaq qədər əziyyətlidir. Yol, su, qaz problemi ilə yanaşı kənddə nə məktəb, nə tibb məntəqəsi, nə də ki, dükan var. Köhnədaxarda 10-15 ailə yaşayır.
71 yaşlı Mirzəcan Mirzəyev deyir ki, narahat dağ yolları kəndin əsas problemdir. Düşünür ki, Şah dağına, Lahıca çəkilən asfaltdan bu kəndə də çəkilə bilər. Kənd sakini bildirir ki, bu gün bir arayış almaqdan ötrü 30 manat verib Təzə kəndə düşməli, yenidən taksiyə 30 manat verib geri qayıtmalıdır. Bir arayışdan ötrü yola 60 manat xərcləmək düzgün deyil. Digər kənd sakini Sevda Əliyevanın nəvələri məktəbə getməlidir, lakin kənddə məktəb yoxdur.
Daha ətraflı AzadlıqRadiosunun videomaterialında:
KARUSEL / ÖLKƏ
Tarix: 23-05-2022, 19:00