mobil versiya

Şarl Mişeldən Kremlə xəbərdarlıq: “Dezinformasiya yaymağı dayandırın!” - FOTO



Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Kremlə xəbərdarlıq edib.

O, Rusiya siyasi rəhbərliyini dezinformasiya yaymamağa çağırıb.

“Dezinformasiya yaymağı dayandırın! Sanksiyalar deyil, Ukraynadakı müharibəniz daşımaların qarşısını alır və ərzaq təhlükəsizliyini təhdid altına alır. 20 milyon tondan çox taxıl ixracını sizin minalarınız və müharibəniz bloklayıb. Biz müharibəni dayandırmalı və qlobal ərzaq təchizatı zəncirlərini bərpa etməliyik”, - deyə Mişel vurğulayıb.

Həmçinin, o, paylaşımında Rusiya prezidentinin rəsmi “Twitter“ səhifəsini işarələyib.





KARUSEL / DÜNYA
Tarix: 26-05-2022, 00:00