mobil versiya

Rusiyalı generalın Ukraynada ölümü təsdiqləndi



Karaçaevskdə Rusiya Hərbi Hava Qüvvələrinin istefada olan general-mayoru Kanamat Botaşevin dəfn mərasimi keçirilib.

REPORTYOR.AZ xəbər verir ki, rəsmi açıqlamalarda onun ölümünün təfərrüatları açıqlanmır.

Mayın 24-də Kanamat Botaşev Luqansk vilayəti üzərində səmada Ukrayna hərbçiləri tərəfindən vurulan Su-25 təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olub.

1959-cu il təvəllüdlü general Ukraynadakı müharibə zamanı ölümü məlum olan ən yüksək rütbəli rusiyalı pilotdur.

Bu günə qədər onun ölüm faktı rəsmi təsdiqini tapmamışdı.

Təqaüdçü pilotun Ukraynadakı hərbi əməliyyatlarda niyə iştirak etdiyi barədə məlumat verilmir.

KARUSEL / HADİSƏ
Tarix: 3-06-2022, 11:00