mobil versiya

Bakıda bu universitetdə geyimlə bağlı QADAĞA VAR - AÇIQLAMA




Azərbaycan Tibb Universitetində kitabxanaya giriş üçün geyim qaydası tətbiq edilir.
 
Sfera.az xəbər verir ki, kitabxananın girişində tələbələrin nəzərinə çatdırılan elan asılıb.
 
Belə ki, elanda ictimai qaydalara uyğun olaraq kitabxanaya qısa şalvarda (şortik), maykada girmək qəti qadağan olduğu yazılıb.
 
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
 
Məsələ ilə ağlı ATU-nun mətbuat katibi Günel Aslanova Lent.az-a açıqlama verib.
 
O bildirib ki, bu cəmiyyətin qaydalarına bir dəvətdir:
 
“Yayılan elana açıqlama olaraq bildirirəm ki, burada qeyri-adi hal yoxdur. Bu tamamilə cəmiyyətin qaydalarına bir dəvətdir. Hətta ictimai yerlərdə geyim qaydalarına uyğun olan normativlər var. Bura təhsil müəssisəsidir. Daxili nizam-intizam qaydası var. Bu qaydalara uyğun olaraq müəyyən məsələlərin tənzimlənməsi normal haldır. Biz geyim məsələsinə tələbələrin davamiyyəti kimi yanaşırıq. 
 
Dünyanın ən demokratik hesab olunan dövlətlərində belə ictimai, iş yerlərində və təhsil müəssisələrində müəyyən “dress code”lara əməl olunur. Biz bir tələbənin istədiyi kimi geyinməsinə görə, digərlərini heçə saya bilmərik”. 
 


KARUSEL / GÜNDƏM
Tarix: 8-06-2022, 13:00