Sabirabadda qadın iynədən şoka düşüb ÖLDÜ
Sabirabadda 42 yaşlı qadın inyeksiyadan şoka düşərək ölüb.
REPORTYOR.AZ APA-ya istinadən xəbər verir ki, Sabirabad rayonunun Yaxa Dəllək kənd sakini, 1980-ci il təvəllüdlü Tapdıqova Gülnaz Fazil qızı antibiotik tərkibli dərman inyeksiyası edildikdən sonra şoka düşüb. 42 yaşlı qadın Şirvan şəhər Mərkəzi xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Həkimlərin qeyd etdiyinə görə, qadın xəstəxanaya daxil olan zaman onda həyat əlamətləri müşahidə edilməyib, nəbzi vurmayıb. Qohumlarının bildirdiyinə görə, G.Tapdıqova sınaq inyeksiyasından şoka düşüb. Hazırda qadının meyiti müayinə olunmaq üçün Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə yerləşdirilib.
Faktla bağlı Sabirabad prokurorluğunda araşdırma aparılır.
KARUSEL / GÜNDƏM
Tarix: 7-07-2022, 14:30