mobil versiya

Zaur Baxşəliyev 12 illik həbs oluna bilər - 180 min pul...




“Azad Azərbaycan” telekanalında yayımlanan “Bizimləsən” layihəsi və aparıcı Zaur Baxşəliyevdən şikayət olunub.
Belə ki, verilişə müraciət edən Rəmziyyə Cəfərova adlı qadın iddia edib ki, övladının əməliyyatı üçün 75 min manat lazım olsa da, Zaur Baxşəliyev ona efirdə 150 min lazım olduğunu deməyi tapşırıb.

“Mən razı olmadım. Daha sonra bizi efirə buraxdı. Bir neçə ailə üçün bir karta pul yığılmasına razılıq verdik. Karta 180 min manat pul yığıldı. Amma bizə köməklik edilmədi”, - deyə qadın bildirib.
 
Məsələnin hüquqi tərəfləri ilə bağlı hüquqşünas Ələsgər Məmmədlinin fikirlərini öyrəndik.

Musavat.com xəbər verir ki, hüquqşünas bakupost.az -a açıqlamasında qeyd edib ki, əgər belə hal varsa, bu, artıq hüquqi işlər tələb edir:

“Hüquq-mühafizə orqanları bu məsələyə hüquqi qiymət verməlidirlər. Həqiqətən efirdə pul toplanıb elan olunduğu məqsədə yönəldilməyibsə, burada dələduzluq ehtimalı var. Dələduzluq ehtimalı ilə bağlı araşdırma başlamalıdır. Əgər problemin həllinə yönələn miqdardan artıq pul yığılıbsa, bu halda digər qismi başqa bir insanın probleminin həllinə yönəldilə bilər. Bu, tamamilə yardım kampaniyasının mahiyyətindən asılıdır. Bir sözlə, həmin vəsait məqsədə yönəlməlidir”.

Ə.Məmmədli yardım kampaniylarının televiziyada olmasının heç bir qanuni pozuntu olmadığını bildirib:

“Televiziya kütləvi cəmiyyətə çıxış imkanıdır. Bu baxımdan hətta Qərb, Avropa ölkələrinin televiziyalarında belə yardım kampaniyaları ola bilir. Bu kampaniyalar hadisənin mahiyyətinə, problemin aradan qaldırılmasına görə olur. Bu baxımdan qanunvericilik bir məhdudiyyət qoymur. Bu aspektdən baxsaq, televiziyada belə bir çağırışın olması və kimlərinsə həmin şəxsə yardım etməsi hüquqi baxımdan problem təşkil etmir. Problem həmin çağırışdan sonra toplanan vəsaitin məqsədinə xərclənməməsidir”.
Hüquqşünasın sözlərinə görə, hadisənin KİV-də yayılması hüquq-mühafizə orqanlarının hərəkətə keçməsi üçün əsasdır:

“Cinayət Prosessual Məcəlləsinə görə problemin KİV-də yayılması avtomatik olaraq hüquq-mühafizə orqanlarının hərəkətə keçməsi üçün əsasdır. Hüquq-mühafizə orqanları bu hadisəni dərhal nəzarətə alıb araşdırmaldır. Doğrudan da, deyilən kimi, şəxsin adından istifadə olunaraq 180 min pul yığılıb və həmin şəxsin probleminə bir qəpik belə xərclənməyibsə, bu, artıq ciddi dələduzluqdur. Cinayət Məcələsinin 178-ci maddəsi ilə külli miqdarda sui-istifadə məsələsi və 12 ilə qədər həbs cəzası nəzərdə tutulur”.

 


KARUSEL / ÖLKƏ
Tarix: 8-07-2022, 13:00