"Başına dönüm ay Zaur müəllim, məni gündə televizora çıxardıb biabır etmə" - VİDEO
"Başına dönüm ay Zaur müəllim, məni gündə televizora çıxarmayın. Allah haqqı biabır olmuşam". Bu sözlər ATV-nin "BizimləSən" proqramında şəxsi həyatı müzakirəyə çıxarılan Səbinəyə məxsusdur.
Günlərdir sözügedən proqram gənc qadının qucağındakı körpə uşağın atasınının kimliyini müəyyən etməyə çalışır.
Qadın dəfələrlə uşağının atasını tanıdığını desə də, bu söhbətlərin efirdə müzakirə olunmasına etiraz etsə də, ona məhəl qoyan yoxdur.
Uşağın atası olduğunu iddia edən növbəti şəxs efirə gəldikdən sonra Səbinə rüsvay olduğunu, bundan sonra rayonda camaat içinə çıxa bilməyəcəyini bu sözlərlə ifadə edir:
"Ay Zaur müəllim, millət baxır. Rayona çıxa bilmirəm. Ayıbdır axı. Ay Zaur müəllim, bura gələndə adama deyin də niyə gəlirəm. O oğlanı gətirəndə mənə deyərdiz də. Bir var 9 milyon bilə, bir də var 3-4 nəfər. Axı bizə camaat baxır".
Rüsvay etdiyi qadının etirazını görən Zaur Baxşəliyev ona yaşamaq üçün kirayə ev tutduqlarını xatırladır. Aparıcının bu sözlərindən sonra qadın yumşalır və acizanə yalvarmağa başlayır.
Onun bu yalvarışlarına aparıcı və verilişə ekspert qismində təşrif buyurmuş müğənni Elnarə Abdullayeva gülüşlə reaksiya verir.
Bəli, hər gün efirə gətirmək üçün Bakıda kirayə ev tutulan qadın və körpəsindən reytinq xatirinə belə istifadə edilir...
Qeyd edək ki, KİV haqqında Azərbaycan respublikasının qanununda vətəndaşların şərəf və ləyaqətinin alçaldılmasına icazə verilmir.
KARUSEL / HADİSƏ / ÖLKƏ / VİDEOXƏBƏR
Tarix: 27-11-2019, 18:30