mobil versiya

Bakıda avtomobil qadını vuraraq öldürüb




Bakıda avtomobil qadını vuraraq öldürüb.

REPORYOR.AZ xəbər verir ki, hadisə iyulun 27-si saat 12 radələrində paytaxtın Nizami rayonu, Q.Qarayev prospekti, Neftçilər dairəsi istiqamətində qeydə alınıb.

Belə ki, Məmmədov Elnur Əlixan oğlu idarə etdiyi "Mercedes Benz Vito" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada Mirzəyeva Əminə Hacı qızını vurub. Xəstəxanaya aparılan qadın orada ölüb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

KARUSEL / HADİSƏ
Tarix: 28-07-2022, 10:30