mobil versiya

Oğuzda avtomobil piyadanı vuraraq öldürüb




Oğuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

REPORTYOR.AZ Report-a istinadla xəbər verir ki, hadisə Xalxal kəndində qeydə alınıb.

Belə ki, "VAZ-21015" markalı avtomobil yolu keçmək istəyən kənd sakini Əlavər Abuzər oğlu Lətifovu vurub. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ancaq həkimlərin səyinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
KARUSEL / HADİSƏ
Tarix: 2-07-2022, 14:38