mobil versiya

Abşeronda 19 yaşlı qızı maşın vurub




Abşeron rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

BAKU.WS Report-a istinadən xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Kərimova Arzu Hətəm qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
HADİSƏ
Tarix: 19-02-2022, 11:00